7 dekabr 2025
|159

“La Liqa”nın liderlik yarışında “Barselona” ilə çiyin-çiyinə irəliləyən “Real Madrid” bazar günü “Santyaqo Bernabeu” stadionunda **“Selta Viqo”**nu qəbul edəcək. Baş məşqçi Xabi Alonso qarşılaşma öncəsi yeni zədə problemi ilə üzləşib.
Komandanın sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold əzələ (hamstring) zədəsi səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Bu, Alonso üçün ciddi itkidir, çünki artıq müdafiə xəttində bir neçə əsas oyunçu sıradan çıxıb.
Arnoldla yanaşı, Dani Karvaxal, Dean Huijsen, David Alaba və Ferlan Mendi də hələlik bərpa prosesindədir. Bununla belə, baş məşqçi üçün sevindirici xəbər ondan ibarətdir ki, Eduardo Kamavinga zədəsini tam sağaltdığı üçün matçın iştirak ərizəsinə daxil edilib.
Mətbuat konfransında çıxış edən Xabi Alonso, sağ cinahda hansı futbolçunun oynayacağı barədə fikirlərini bölüşüb:
“Biz qərar verməliyik, çünki bir neçə variantımız var. Valverde komandanın ehtiyaclarını hər zaman özündən önə qoyur. O, bu mövqedə artıq bir neçə dəfə çıxış edib və yaxşı performans göstərib. Onun bu mövqedə oynadığı oyunları xatırlayıram – ‘Barselona’, ‘Vilyarreal’, ‘Yuventus’la matçlarda çox yüksək səviyyədə idi.”
“Valverde çox yönlü futbolçudur. Komandanın dəyərlərini mükəmməl təmsil edir və hər zaman kömək etməyə hazırdır. Belə oyunçuya sahib olmaq bizim üçün lüksdür.”
Mətbuatın Eder Militaonun sağ müdafiə kimi oynamaq ehtimalı ilə bağlı sualına isə Alonso belə cavab verib:
“Bu da bir variantdır. Mərkəz müdafiəsində vəziyyətə baxmalıyıq. Militao əvvəllər də orada oynayıb və yaxşı təsir bağışlayıb. O, fiziki baxımdan çox güclüdür, anlayışlı futbolçudur və istənilən mövqedə performans göstərə bilər. Mənə bir az ‘Pepe’ni xatırladır – harada oynasa, əla çıxış edir.”
“Real Madrid”in “Selta Viqo”ya qarşı 4-3-1-2 sistemi ilə meydanda olması gözlənilir. Raul Asensionun Aleksander-Arnoldun yerini tutacağı və müdafiənin sağ cinahında çıxış edəcəyi dəqiqləşib.
Gözlənilən heyət:
Qapıçı: Tibo Kurtua
Müdafiə: Raul Asensio, Eder Militao, Alvaro Karreras, Alvaro Obrador
Yarım müdafiə: Aurélien Tçuameni, Cud Bellingem, Arda Güler
Hücum: Vinisius Junior, Kilian Mbappe
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
