29 dekabr 2025
|115

Clinton Mata son illərdə mövqeyini dəyişərək karyerasında yeni mərhələ açan futbolçuların ən yaxşı nümunələrindən biridir. Anqola millisinin üzvü “Lion”a təcrübəli sağ cinah müdafiəçisi kimi gəlmişdi. O, “Brügge” ilə Çempionlar Liqasında çıxış etmiş, Belçikada üç dəfə çempionluq yaşamışdı və “Lion” üçün 5 milyon avroluq sərfəli transfer sayılırdı.
İlk vaxtlar Mata öz əsas mövqeyində – sağ cinahda oynasa da, start heyətində yerini möhkəmləndirə bilmədi. 2023/24 mövsümündə “Lion”un mərkəz müdafiəsində yaşanan zədələr onun üçün fürsət yaratdı. Müvəqqəti mərkəz müdafiəçisi kimi meydana çıxan Mata bu mövqedə o qədər inamlı təsir bağışladı ki, sonradan həmin rolu daimi etdi.
Keçmiş cinah müdafiəçisi olması Mata-ya təkbətək epizodlarda və əks-hücumlara qarşı üstünlük verir. O, oyunu yaxşı oxuyur, müdafiə xəttini düzgün saxlayır və təzyiq altında sakit qalmağı bacarır.
Clinton Mata Moussa Niakhaté ilə birlikdə “Lion”un müdafiə xəttində etibarlı cütlük formalaşdırıb. Paulo Fonsekanın ən çox güvəndiyi tandem məhz budur. Bu sabitlik komandanın buraxdığı qolların sayının ötən mövsümlə müqayisədə azalmasına da təsir edib.
Klub səviyyəsində uğurlu mövsüm keçirən Mata milli komandada daha böyük sevinc yaşayıb. O, Anqolanın 20 ildən sonra ilk dəfə Dünya Çempionatına vəsiqə qazanmasında əsas fiqurlardan biri olub. 33 yaşlı müdafiəçi indi bu uğuru Afrika Millətlər Kubokunda davam etdirməyi hədəfləyir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
