26 dekabr 2025
|121

Vanderson demək olar ki, hər transfer dönəmində “Monako”dan ayrılmaqla bağlı xəbərlərlə gündəmə gəlir. Onun adı “Barselona” və bir çox Premyer Liqa klubu ilə hallanır. Braziliyalı müdafiəçi mübarizliyi və çoxfunksiyalı oyunu ilə seçilsə də, heç bir sahədə tam üstünlük qura bilmir.
2022-ci ildə komandaya qoşulduqdan sonra ilk aylarda yaxşı çıxış edən Vanderson sonradan eyni sabitliyi qoruya bilmədi. Müdafiədə etibarlı olsa da, hücumda məhsuldarlığı məhduddur.
24 yaşlı futbolçunun əsas problemi zədələrdir. Omba və bud əzələsi zədələri səbəbilə bu mövsüm cəmi 12 oyunda iştirak edib. İndiyədək zədə ucbatından 34 matçı buraxıb.
Braziliya millisindən dəvət alması onun potensialını göstərir. Lakin Vandersonun növbəti addımı atması üçün əsas şərt dəyişmir: sağlam qalmaq və davamlı oynamaq.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
