23 yanvar 2026
|87

Brahim Diaz üçün son həftə karyerasının ən çətin dönəmlərindən biri oldu. Mərakeş millisinin Afrika Millətlər Kuboku finalında 60 illik həsrətə son qoymaq şansı olsa da, Panenka penalti zərbəsi Edouard Mendy tərəfindən dəf edildi. Senegal sonda kuboku qazandı, Mərakeş isə finalı uduzdu.
PSJ baş məşqçisi Luis Enrike Brahim Diaza yönələn tənqidlərə cavab verib. Onun sözlərinə görə, belə penaltiləri keçmişdə Zinəddin Zidan və Serxio Ramos kimi ulduzlar da vurub və qol olanda alqışlanıb, qaçıranda isə tənqid edilib. Enrike Brahimi yüksək səviyyəli futbolçu və nümunəvi insan adlandırıb.
Luis Enrike Brahim Diazu istedadlı, peşəkar və hörmətə layiq futbolçu kimi xarakterizə edib. O bildirib ki, futbolda həm qələbə, həm də məğlubiyyət var və bu, həyatın sonu deyil.
Penaltidən sonra Brahim Diaz Mərakeş azarkeşlərinə açıq üzrxahlıq mesajı yayımlayıb. Real Madrid baş məşqçisi Alvaro Arbeloa və komanda yoldaşları futbolçuya dəstək olduqlarını bildiriblər. Brahim artıq komandaya qayıdıb və Villarreal ilə oyunda iştirak edə bilər.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
