“Qarabağ” ÇL qrup mərhələsinə bir addım – 18,6 milyon avroluq şans

22 avqust 2025

|

1395

“Qarabağ” “Ferentsvaroş” üzərində 3:1 qələbə ilə ÇL-in qrup mərhələsinə yaxınlaşıb. Klub uğur qazansa 18,6 milyon avro gəlir əldə edəcək.
“Qarabağ” ÇL qrup mərhələsinə bir addım – 18,6 milyon avroluq şans

“Qarabağ” 2017-ci ildən bəri Çempionlar Liqasının qrup mərhələsinə bu qədər yaxın olmayıb.

2022/23 mövsümündə pley-offda “Viktoriya Plzen”ə (0:0, 1:2), 2024/25 mövsümündə isə Zaqreb “Dinamo”suna (0:3, 0:2) uduzan Ağdam təmsilçisi indi böyük şansa sahibdir.

Avqustun 19-da səfərdə “Ferentsvaroş”u 3:1 hesabı ilə məğlub edən “Qarabağ” cavab matçı öncəsi üstünlüyə malikdir.

Liqa mərhələsinə yüksələn klub 18,62 milyon avro (36,8 milyon manat) qazanacaq. Pley-offda dayanan komanda isə cəmi 4,29 milyon avro (8,48 milyon manat əldə edir).

Əgər “Qarabağ” ÇL-in qrup mərhələsinə çıxmasa, Avroliqanın liqa mərhələsində oynayacağı üçün ümumilikdə 8,6 milyon avro (17 milyon manat) gəlir götürəcək.

Cavab oyunu 27 avqustda Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç saat 20:45-də başlayacaq.

Canlı nəticələr, transfer xəbərləri, günün oyunu, proqnozlar, idman xəbərləri, xüsusən də futbol – hamısı Scorewatt-da!




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon