Qarabağdan yeni transfer ilə bağlı 3 milyon avro təklif

30 avqust 2025

|

433

Qarabağ "Loryan"ın hücumçusu Sambu Sumanonu transfer etmək üçün danışıqlara start verib.
Qarabağdan yeni transfer ilə bağlı 3 milyon avro təklif

"Qarabağ" heyətinə yeni hücumçu cəlb etmək istiqamətində fəaliyyətini davam etdirir.

Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisinin əsas hədəfi "Loryan"da çıxış edən Sambu Sumanodur. Bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.

Azərbaycan çempionu həm seneqallı forvardla, həm də klubu ilə danışıqlar aparır. "Qarabağ" Sambu Sumano üçün Fransa klubuna 2,5 milyon avro və 500 min avro bonus təklif edib. Futbolçu ilə İngiltərənin "Blekbörn" klubu da yaxından maraqlanır.

Qeyd edək ki, Sambu Sumano ötən mövsüm "Loryan"ın heyətində Liqa 1-də meydana çıxdığı 32 oyunda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu bu mövsüm isə ölkə çempionatında keçirdiyi 2 oyunda 1 qol vurub.

 

Canlı nəticələr, transfer xəbərləri, günün oyunu, proqnozlar, idman xəbərləri – hamısı Scorewatt-da!




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon