Qarabağın Çempionlar Liqasından qazandığı məbləğ müəyyənləşib

3 oktyabr 2025

|

531

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində ikinci qələbəsini qazanaraq UEFA-dan ümumilikdə 4,2 milyon avro bonus əldə etdi.
Qarabağın Çempionlar Liqasından qazandığı məbləğ müəyyənləşib

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda "Kopenhagen"i 2:0 hesabı ilə məğlub edərək növbəti böyük maliyyə bonusu qazanıb.

Bu qələbə Ağdam klubuna əlavə olaraq 2,1 milyon avro (təxminən 4,2 milyon manat) gətirib.

Beləliklə, “Qarabağ” iki turdan sonra qələbələr sayəsində UEFA-dan ümumilikdə minimum 4,2 milyon avro (təxminən 8,4 milyon manat) əldə edib.

Xatırladaq ki, Ağdam klubu Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməklə artıq 18,62 milyon avronu (təxminən 37 milyon manat) büdcəsinə əlavə etmişdi. Davamlı uğurlar isə daha çox bonuslarla nəticələnəcək.

 

Canlı nəticələr, transfer xəbərləri, günün oyunu, proqnozlar, idman xəbərləri – hamısı Scorewatt-da!




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon