12 yanvar 2026
|99

RAAL La Louviere Anderlecht-in yarımmüdafiəçisi Majeed Ashimeru-nu mövsümün sonuna qədər icarəyə götürmək istəyir. HLN-in məlumatına görə, Belçika klubu qanalı futbolçuya yenidən müntəzəm oyun şansı verməyi planlaşdırır.
Qana millisinin üzvü olan Ashimeru bir müddətdir Anderlecht-in planlarına daxil deyil və hazırda fiziki formasını qorumaq üçün fərdi məşqlər edir. Klub onunla yolları ayırmağa açıqdır və RAAL bu vəziyyətdən yararlanmaq istəyir.
Ashimeru 2021-ci ilin qışında Anderlecht-ə Albert Sambi Lokonga-nın potensial əvəzi kimi qoşulmuşdu. Zaman-zaman yaxşı çıxış etsə də, zədələr və qeyri-stabil forma onun əsas heyətdə möhkəmlənməsinə mane olub. O, Anderlecht forması ilə ümumilikdə 129 oyunda 9 qol vurub.
Yarımmüdafiəçinin ən yaxşı mövsümü 2022/23 olub. Həmin mövsümdə 42 oyunda 3 qol və 3 assistlə yadda qalıb. Cari mövsümdə isə heç bir oyunda meydana çıxmayıb.
Ashimeru-nnun RAAL La Louviere-yə keçidi hələlik dəqiqləşməyib. Lakin bu transfer futbolçu üçün yenidən meydanlara qayıtmaq və yayda yeni klubların diqqətini cəlb etmək baxımından mühüm fürsət ola bilər.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
