14 yanvar 2026
|85

Tottenham Hotspur-un müdafiəçisi Radu Draquşin qış transfer pəncərəsində AS Roma-ya keçmək üçün israr edir. Corriere dello Sport-un məlumatına görə, 23 yaşlı rumıniyalı futbolçu Roma ilə şəxsi şərtlər üzrə razılıq əldə edib.
Roma müdafiə xəttini gücləndirmək istəyir və Draquşin əsas hədəflərdən biridir. Futbolçu özü də Serie A-ya qayıtmağa müsbət yanaşır. Lakin klublar arasında maliyyə məsələsində fikir ayrılığı var.
Tottenham Draquşini yayda 20 milyon avroluq satınalma opsiyası ilə icarəyə vermək istəyir. Roma isə bu məbləği 15 milyon avro səviyyəsində görür. Tərəflər arasında 5 milyon avroluq fərq razılaşmanın qarşısında əsas maneədir.
Draquşin 2024-cü ilin yanvarında Genoa-dan 30 milyon avroya Tottenham-a keçsə də, London klubunda gözləntiləri doğrultmayıb. Zədələr və əsas heyətdə yer ala bilməməsi onun inkişafına mane olub. O, indiyədək cəmi 38 oyunda meydana çıxıb.
AS Roma mövsümün ikinci yarısında titul mübarizəsini davam etdirmək üçün müdafiədə alternativlər axtarır. Draquşin transferinin baş tutub-tutmayacağı klubların ortaq məxrəcə gəlib-gəlməyəcəyindən asılı olacaq.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
