9 yanvar 2026
|111

RB Leipzig 19 yaşlı Fil Dişi Sahili millisinin üzvü Yan Diomandeni qış transfer pəncərəsində satmaq üçün təxminən 120 milyon avro tələb edir. TEAMtalk nəşrinin məlumatına görə, gənc cinah hücumçusu ilə Liverpool və Manchester United maraqlanır.
Son günlərdə Almaniya klubunun futbolçunu 60 milyon avroya sata biləcəyi iddia edilsə də, RB Leipzig bu məbləğin ən azı ikiqatını istəyir. Bu isə Premyer Liqa klublarını böyük xərcə məcbur edə bilər.
Yan Diomande bu yay CD Leganesdən RB Leipzigə keçdikdən sonra Bundesliqada sürətlə diqqət mərkəzinə düşüb. 19 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 16 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Manchester United Amad Diallo və Bryan Mbeumonun Afrika Millətlər Kubokunda iştirakı səbəbindən cinah hücumçusu axtarışındadır. Liverpool isə Mohamed Salahın gələcəyi və Luis Diazın ayrılığından sonra hücum xəttini gücləndirmək istəyir.
Lakin Leipzigin yüksək maliyyə tələbi Yan Diomandenin qışda transferini çətinləşdirir. Yanvar ayında keçidin baş tutması hazırda real görünmür.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
