5 dekabr 2025
|193

Real Betis şənbə günü La Cartuja stadionunda Barselonanı qəbul edəcək və görüş La Liqa həftəsinin ən gözlənilən qarşıdurmalarından biridir. Manuel Pelleqrininin komandası hazırda çempionatda ardıcıl beş qələbə seriyası yaşayan kataloniyalılara qarşı bu gedişatı dayandırmaq ümidi ilə çıxacaq. Betisin planlarını daha da real edən əsas xəbər isə Antonynin vəziyyəti ilə bağlıdır. FotMob
Braziliyalı vinger çərşənbə günü Kral Kubokunda Torrent CF-ə qarşı oynanılan matçda top uğrunda mübarizədə topuğundan zədə almışdı. Zədədən sonra onun Barselonaya qarşı oyunu buraxacağı barədə şübhələr yaranmışdı. Lakin son tibbi qiymətləndirmələr göstərir ki, söhbət ciddi problemdən yox, yüngül burxulmadan gedir və şişkinlik artıq xeyli azalıb.
Məhz buna görə də Antony cümə günü son fitnes testindən keçəcək. Bu testi problemsiz başa vurarsa, şənbə günü heyətdə olacaq və start “11-lik” üçün də real namizəd sayılır. Betis düşərgəsində bu xəbər xüsusi önəm daşıyır: ofans xəttində dinamika yaradan, sürəti və birəbir epizodlardakı cəsarəti ilə fərq yaradan oyunçunun yoxluğu “Verdiblankos” üçün ciddi zərbə olardı.
Antony ötən həftəsonu Sevilyaya qarşı “El Gran Derbi”ni cəza səbəbilə qaçırmışdı. Buna görə də Barselona ilə oyunu buraxmaq onun üçün həm idman, həm də psixoloji baxımdan ikiqat məyusluq olacaqdı. İndi isə braziliyalı futbolçu geri dönüb komandasına liderlik etməyə bir addım yaxındır.
Betisin son turlardakı oyun planında cinahların aktivliyi əsas silahlardan biridir. Antoni oyuna hazır vəziyyətdə çıxsa, həm sürətli əks-hücumlar, həm də dar müdafiə blokunu yarmaq baxımından ev sahiblərinin imkanlarını ciddi şəkildə artıracaq.
Betis üçün sevindirici tək xəbər Antony ilə bitmir. Sofyan Amrabat da “El Gran Derbi”ni buraxmasına səbəb olan ayaq problemindən sonra yenidən heyətə qayıtmağa yaxındır və Pelleqrini onu Barselonaya qarşı istifadə edə bilər.
Amma vəziyyət tam ideal deyil. Giovani Lo Çelsonun matça qədər tam hazır olub-olmayacağı hələ də sual altındadır. Isco və Hektor Bellerin isə zədələri səbəbilə artıq bu oyuna hesablanmır. Xüsusilə Isco-nun yoxluğu, yaradıcılıq baxımından Betisin “orta zona – hücum xətti” bağlantısını bir qədər zəiflədə bilər.
Betis bu matça təkcə xallar üçün yox, həm də iddialarını təsdiqləmək üçün çıxacaq. Klub uzun müddətdir La Liqada Barselonaya qarşı istədiyi nəticələri ala bilmir və evdə, La Cartujada oynanılacaq böyük qarşıdurma bu seriyanı qırmaq üçün psixoloji fürsət kimi görünür.
Barselona isə La Liqada zirvəni qorumaq və ritmini itirməmək niyyətindədir. Flick-in komandası topa nəzarət və yüksək intensivliklə rəqibə təzyiq qurmağı mövsümün əsas xətti kimi saxlayıb. Bu konteksdə Betisin cinah oyunçularının, xüsusən də Antonynin sürətindən istifadə etmək niyyəti oyunun taleyində həlledici ola bilər.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
