27 sentyabr 2025
|203

"Real Madrid" İbrahima Konatenin müqavilə vəziyyətini izləyir və gələn yay onu azad agent kimi heyətinə qatmağı düşünür.
Lakin klub daxilində "Liverpul" müdafiəçisi ilə bağlı bəzi şübhələr var.Madridin digər transfer hədəfi Uilyam Saliba "Arsenal"la 2027-ci ilə qədər nəzərdə tutulan yeni beşillik müqavilə imzalayıb.
Bu isə "Real Madrid" üçün itki sayılır, çünki klub 24 yaşlı Fransa millisinin üzvünü 2026-cı ildə – müqaviləsinin son ilində – transfer etməyi planlaşdırırdı.
Mənbələr bildirir ki, "Real" Salibanı müdafiəni gücləndirmək üçün əsas namizəd hesab edirdi. Klub son transfer pəncərəsində Din Huyxsen, Alvaro Kareras və Trent Aleksander-Arnoldu heyətinə qatsa da, Saliba onların əsas hədəfi idi.
Konate ilə bağlı isə "Real Madrid" daxilində müəyyən tərəddüdlər mövcuddur.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
