"Real Madrid kult qəhrəmanı Negreira məsələsi haqqında – “Hər hansı bir klubun hakimlər arasında bir şəxsə pul ödədiyini izah etmək çətindir”"

27 dekabr 2025

|

113

Mövsümün sonunda “Real Madrid”dən ayrılan Lucas Vaskes hazırda “Bayer Leverkuzen”də çıxış edir. Təcrübəli sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldun transferi səbəbilə Madrid klubunda yeni müqavilə almayıb. Hazırda isə həm Arnold, həm də Dani Karvaxalın zədələnməsi fonunda “Real” onun xidmətlərinə ehtiyac duya bilərdi.

Leverkuzenə uyğunlaşma problemsiz keçib

Lucas Diario AS-a müsahibəsində Almaniya klubuna keçidini müsbət qiymətləndirib. O bildirib ki, klub, komanda yoldaşları və azarkeşlər onu ilk gündən çox yaxşı qarşılayıb. Madrid-dən ayrılmağın çətin olduğunu desə də, Leverkuzenə tam uyğunlaşdıqlarını vurğulayıb.

Xabi Alonsoya etimad çağırışı

Vaskes Xabi Alonsonun “Real Madrid”dəki işinə də toxunub. Onun sözlərinə görə, Xabi Alonso Leverkuzendə tarixi iş görüb və “Real”da da dəyişiklik dövründə səbirli olmaq lazımdır. Lucas həm futbolçulara, həm də baş məşqçiyə güvənməyin vacibliyini qeyd edib.

Negreira işi ilə bağlı sərt fikir

Lucas Vaskes son günlər yenidən gündəmə gələn Negreira işi barədə də danışıb. O bildirib ki, hakimlərlə əlaqəli ödənişlərin edilməsi futbol üçün normal hal deyil və bu məsələdə gec-tez ədalətin bərpa olunacağına inanır. Onun sözlərinə görə, bu hadisə futbolda heç vaxt baş verməməli idi.

Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon