“Real”da şok itkilər: Mbappe sual altındadır

12 fevral 2026

|

69

Mbappenin “Real Sosyedad”la oyunu buraxmaq ehtimalı yüksəkdir.
“Real”da şok itkilər: Mbappe sual altındadır

Asensio məşqə çıxmadı, fransız ulduz fərdi hazırlaşır

“Real Madrid” ciddi itkilərlə üzləşib. Klubun yaydığı məlumata görə, müdafiəçi Raul Asensio və hücumçu Kilian Mbappe bugünkü məşqdə iştirak etməyib.

Asensioda qrip əlamətləri aşkarlanıb və o, kollektiv hazırlıq prosesindən kənarlaşdırılıb. Mbappe isə artıq ikinci gündür komanda məşqlərinə qoşulmur və fərdi proqram əsasında qapalı zalda çalışır.

La Liqanın bombardiri olan fransız ulduzun qarşıdakı oyunu buraxmaq ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Alvaro Arbeloanın rəhbərlik etdiyi “Real” hazırda La Liqada lider “Barselona”dan cəmi 1 xal geri qalaraq 2-ci pillədədir.

“Real” fevralın 14-də doğma meydanda “Real Sosyedad”ı qəbul edəcək.




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon