14 oktyabr 2025
|245

“Real Madrid” ulduz hücumçusu Vinisius Juniorun satışına yaşıl işıq yandırıb. Məlumata görə, Madrid klubu braziliyalı futbolçunun gələcəyi ilə bağlı açıq mövqe sərgiləyir və artıq onun transferinə baxmağa hazırdır.
Belçikalı jurnalist Sacha Tavolierinin məlumatına görə, “Real Madrid” rəhbərliyi 25 yaşlı futbolçunun satışına icazə verib. Klub onu artıq “toxunulmaz” hesab etmir və gələn yay futbolçunun Səudiyyə Ərəbistanına transferi ciddi şəkildə nəzərdən keçirilir.
Vinisius son illərdə “Real Madrid”in ən parlaq fiqurlarından biri olub. İki mövsüm əvvəl məhz onun liderliyi sayəsində “Kral klubu” UEFA Çempionlar Liqasını qazanmışdı. Həmin il o, “Qızıl top”u qazanmağa çox yaxınlaşmış, yalnız “Mançester Siti”nin yarımmüdafiəçisi Rodriyə uduzmuşdu.
Lakin son mövsümdə braziliyalı hücumçu əvvəlki səviyyəsini qoruyub saxlaya bilmədi. Komandaya Kilian Mbappenin gəlişi və hücum xəttinin yenidən qurulması onun performansına təsir göstərdi. Hazırda “Real Madrid”in hücumuna açıq şəkildə Mbappe rəhbərlik edir, bu isə Vinisiusun komanda içindəki statusunu sual altına salıb.
Məlumata görə, klub rəhbərliyi Vinisiusu 250 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil. Bu məbləğ, həm futbolçunun bazar dəyərinə, həm də onun müqavilə vəziyyətinə uyğun müəyyən edilib.
Səudiyyə Ərəbistanı klubları artıq bir neçə mövsümdür ki, braziliyalı ulduza maraq göstərir. Vinisiusun 2026-cı ilə qədər müqaviləsi mövcuddur və gələn yay onun gələcəyi barədə qərar verilməsi gözlənilir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
