29 dekabr 2025
|117

“Real Madrid” mövsümün ikinci yarısında daha yaxşı nəticələrə ümid edir. Xabi Alonsonun ilk ayları çətin keçsə də, klub zədələrlə bağlı vəziyyətin düzələcəyinə inanır. Bu baxımdan Ferlan Mendinin qayıdışı önəmlidir.
Bud əzələsindən aldığı zədə səbəbilə aprel ayından bəri demək olar ki, oynamayan Ferlan Mendi bu həftəsonu “Real Betis”ə qarşı keçiriləcək ev oyununda heyətə qayıdacaq. O, 2025-ci ildə cəmi bir oyunda forma geyinmişdi. Son matçda ehtiyatda olsa da, risk edilməmişdi.
Qış fasiləsində yaxşı məşq edən fransalı müdafiəçinin əsas məqsədi gələn həftə Səudiyyə Ərəbistanında “Atletiko Madrid”ə qarşı keçiriləcək İspaniya Superkuboku yarımfinalına tam hazır olmaqdır.
Sol cinah müdafiəsində əsas seçim hazırda Alvaro Karrerasdır. Lakin Xabi Alonso Mendy-ni onun üçün etibarlı ehtiyat variantı kimi görür. Fran Qarsiyanın isə bu mövsüm zəif çıxışı səbəbilə üçüncü seçimə düşəcəyi və yayda satıla biləcəyi gözlənilir.
Mendinin “Betis”lə oyunda çıxış edib-etməyəcəyi dəqiqləşməsə də, Superkubokda meydanda olması gözlənilir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
