27 dekabr 2025
|151

Courtois 2011–2014-cü illərdə “Atletiko”da icarədə oynadığı dövrə görə bu siyahıya daxil edilmişdi. Lakin son illər onun lövhəsi tez-tez vandalizmə məruz qalırdı. Belçikalı qapıçının “Real Madrid”lə eyniləşməsi azarkeşlər arasında narazılıq yaradıb.
Klub artıq bu sistemi ləğv edərək “Əfsanələr Yolu” adlı yeni format tətbiq edəcək. Yeni sistemdə 151 min klub üzvü səsvermə yolu ilə hansı futbolçuların şərəfləndiriləcəyinə qərar verəcək. Courtois və Hugo Sançes kimi sonradan “Real Madrid”də oynamış adlar siyahıdan çıxarılacaq.
Yeni “Əfsanələr Yolu” üçün azarkeşlər ilkin mərhələdə 20 futbolçu seçəcək. Bu dəyişiklik həm də Luis Suares və Radamel Falkao kimi adların əvvəl niyə yer almaması ilə bağlı narazılıqları aradan qaldırmaq məqsədi daşıyır.
“Atletiko” qaydalara daha bir dəyişiklik edib. Bundan sonra yalnız futbolçu karyerasını bitirmiş oyunçular “Əfsanələr Yolu”na daxil edilə biləcək. Bu isə Koke, Oblak və Qrizmann kimi hazırkı ulduzların hələlik gözləməli olacağı anlamına gəlir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
