“Liverpul” üçün həyəcan siqnalı: Konate “Real”ın hədəfində

7 fevral 2026

|

79

İbrahima Konate “Liverpul”un yeni müqavilə təklifini qəbul etməyib, “Real” hərəkətə keçib.
“Liverpul” üçün həyəcan siqnalı: Konate “Real”ın hədəfində

Fransalı müdafiəçi yeni müqaviləni qəbul etmədi

“Liverpul”la müqaviləsi yayda başa çatan İbrahima Konate klubun yeni sözləşmə təklifini hələlik qəbul etməyib. Bu vəziyyət futbolçunun gələcəyi ilə bağlı sualları artırıb.

Məlumata görə, fransalı mərkəz müdafiəçisi karyerasını İspaniya La Liqasında davam etdirə bilər. “Marca” nəşrinin yazdığına görə, “Real Madrid” yayda azad agent olacaq Konateni heyətinə qatmaq istəyir.

“Kral klubu”nun artıq futbolçunun meneceri ilə görüşdüyü və 26 yaşlı müdafiəçiyə 5 illik müqavilə təklif etdiyi bildirilir.

Qeyd edək ki, “Liverpul” Konateni 2021-ci ilin yayında “Leypsiq”dən 40 milyon avro qarşılığında transfer edib. Fransa millisinin üzvü bu mövsüm “qırmızılar”ın heyətində 31 rəsmi oyunda 2 qol vurub.




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon