29 dekabr 2025
|101

Dieqo Coppolanın İtaliyaya dönüşü real görünür. Quotidiano Sportivonun məlumatına görə, “Roma” və “Yuventus” yanvar transfer pəncərəsi ərəfəsində 21 yaşlı mərkəz müdafiəçisi ilə bağlı “Brayton”a rəsmi sorğu göndərib.
Coppola ötən yay “Hellas Verona”dan təxminən 10 milyon avroya transfer olunsa da, “Brayton”da stabil oyun vaxtı qazana bilməyib. Bu durum “Atalanta” və “Bolonya”nın da diqqətini çəkib.
“Brayton” futbolçunu satmaq üçün 10–12 milyon avro tələb edir və daha çox birdəfəlik satışa üstünlük verir. İtaliya klubları isə icarə + satınalma variantını nəzərdən keçirir.
Coppola özü də mütəmadi oynamağın vacibliyini vurğulayıb. O, İtaliya millisinin Dünya Çempionatı heyətinə düşmək üçün daha çox forma geyinmək istəyir. Yanvar ayında onun gələcəyi ilə bağlı qərarın verilməsi gözlənilir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
