12 yanvar 2026
|103

Roma Joshua Zirkzee transferinin baş tutmayacağına inanaraq diqqətini Premyer Liqada çıxış edən Donyell Malenə yönəldib. Sky-ın məlumatına görə, mövsümü qeyri-stabil keçirən 26 yaşlı hücumçu daha çox oynamaq üçün klubu tərk etməyə açıqdır.
Malen bu mövsüm bütün turnirlərdə 29 oyunda 7 qol və 2 assistlə yadda qalıb. Dekabrın əvvəlindən bəri qol vura bilməyən niderlandlı futbolçu son həftələrdə əsasən ehtiyatdan oyuna daxil olur.
Roma Aston Villa ilə Malenin mövsümün sonuna qədər icarəsi və 25–30 milyon avroluq satınalma opsiyası üzərində danışıqlar aparır. Klublar eyni zamanda Leon Bailey-nin icarəsini vaxtından əvvəl dayandırmağı da müzakirə edir.
Borussia Dortmund-dan 30 milyon avroya transfer olunan Malen London klubunda ikinci mövsümünü keçirir və indiyədək 46 oyunda 10 qol vurub. O, Niderland millisində 49 oyun keçirib və illik təxminən 8 milyon avro maaş alır.
Roma paralel olaraq Marsel ilə Robinio Vaz üçün də danışıqları davam etdirir və qışda iki hücumçu transfer etməyi planlaşdırır.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
