8 fevral 2026
|81

Nüfuzlu insayder Fabrizio Romano Kriştiano Ronaldonun “Əl-Nəsr”in oyunlarını boykot etməsi və gələcəyi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
Romano bildirib ki, məsələ Ronaldo ilə klub arasındakı münasibətlərlə əlaqəli deyil. Portuqaliyalı ulduzun baş məşqçi, komanda yoldaşları, azarkeşlər və klub rəhbərliyi ilə münasibətləri yüksək səviyyədədir.
Onun narazılığı isə PIF – Səudiyyə Pro Liqasındakı bir neçə kluba nəzarət edən investisiya fondu ilə bağlıdır. Fondun verdiyi qərarlar, büdcə bölgüsü və liqa üzrə ümumi idarəçilik strategiyası Ronaldonu qane etmir.
Romano vurğulayıb ki, bu vəziyyət “Əl-Nəsr”lə münasibətlərin pozulması anlamına gəlmir. Sadəcə, futbolçu liqanın ən yüksək səviyyədə idarə olunmamasından narazıdır.
Qeyd edək ki, Ronaldo artıq çempionat çərçivəsində komandasının iki oyununu buraxıb və iddialara görə, üçüncü matçı da boykot edə bilər.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
