Messi və Ronaldo ardıcıl ikinci il "Qızıl Top"a namizədlər sırasında yoxdurlar

8 avqust 2025

|

169

Lionel Messi və Kriştiano Ronaldo 2025-ci il “Qızıl Top” mükafatı üçün namizədlər siyahısına daxil edilməyib. Onlar ardıcıl ikinci ildir ki, bu siyahıda yer almırlar.
Messi və Ronaldo ardıcıl ikinci il "Qızıl Top"a namizədlər sırasında yoxdurlar

"İnter Mayami"nin futbolçusu Lionel Messi və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo "France Football" jurnalının açıqladığı 2025-ci ilin “Qızıl Top” mükafatı üçün namizədləri siyahısında yer almayıblar.

Messi və Ronaldo artıq ikinci ildir ki, futbolun ən nüfuzlu fərdi mükafatlarından biri uğrunda mübarizə aparacaqlar arasında yoxdur. 

Argentinalı oyunçu “Qızıl Top”u rekord sayda – 8 dəfə qazanıb. Portuqaliyalı futbolçu isə bu mükafata 5 dəfə sahib olub.

Qeyd edək ki, 2025-ci il üçün namizədlər siyahısında 30 futbolçu yer alıb. “Qızıl Top”un təqdimetmə mərasimi sentyabrın 22-də Parisdə keçiriləcək. Ötən il bu mükafatı "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri qazanmışdı.

Canlı nəticələrin məkanı, günün oyunları. idman xəbərləri, xüsusən də futbol xəbərləri, hamısı Scorewatt-da!




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon