2 noyabr 2025
|159

“Zankt Pauli”nin 2025/26 mövsümündəki “Bundesliqa” faciəsi təkcə meydandakı nəticələrlə məhdudlaşmır — klub rəhbərliyi artıq Alman Futbol Federasiyası (DFB) ilə açıq narazılıq mərhələsinə keçib. Səbəb isə — ardıcıl üçüncü ev oyununda yarı-avtomatik ofsayd texnologiyasının səhv işləməsidir.
Son hadisə bu həftə baş tutan DFB Pokal-ın ikinci raund oyununda yaşanıb. Oyunda iki qol səhvən ofsayd qərarı ilə ləğv edilib. Bu, həm azarkeşlərin, həm də mütəxəssislərin VAR və texnologiyaya həddindən artıq etimadın hakimlərin diqqətini zəiflətməsi barədə fikirlərini yenidən gündəmə gətirdi.
Şənbə günü “Borussiya Münhenqladbax”ın hücumçusu Haris Tabakoviç erkən qol vurdu, lakin sistem onun ofsaydda olduğunu “müəyyənləşdirdi”. Bir neçə dəqiqə sonra yoxlama nəticəsində məlum oldu ki, ofsayd xətti səhv oyunçu üzərinə çəkilib. Eyni problem “Zankt Pauli”nin son iki ev oyununda — “Bayer Leverkuzen” və “Hoffenhaym” qarşısında da yaşanmışdı.
Alman Futbol Federasiyası artıq məsələni təsdiqləyib və rəsmi açıqlama yayıb:
“15-ci dəqiqədə ofsayd qərarının yoxlanılması zamanı yarı-avtomatik ofsayd texnologiyası təəssüf ki, yanlış nəticə göstərib. Bu, ofsayd xəttinin səhv müdafiəçiyə çəkilməsi ilə bağlı olub,” – deyə DFB “Sky Germany” vasitəsilə açıqlama verib.
Klub prezidenti Öke Götlix texnologiyanın ardıcıl uğursuzluqlarına kəskin reaksiya göstərib. Onun sözlərinə görə, klub bu sistemin istifadəsi üçün DFB-yə ciddi məbləğdə pul ödəyir, lakin nəticə ortadadır:
“Bu, əlbəttə ki, əsəbləşdirici bir vəziyyətdir. Biz nəyəsə pul ödəyirik, amma qarşılığında etibarsız xidmət alırıq. Əgər bu resurslardan düzgün istifadə edə bilmirlərsə, biz o zaman pulumuzu geri tələb etməliyik. Bu vəziyyət, sadəcə, absurddur.”
Götlix əlavə edib ki, hər nə qədər bu qərarlar “Zankt Pauli”yə birbaşa zərər verməsə də, prinsip etibarilə bu cür səhvlər futbolun ədalətinə kölgə salır.
Bu hadisə Almaniyada VAR sisteminin həddindən artıq təsiri barədə mübahisələri yenidən alovlandırıb. Ekspertlərin fikrincə, texnologiyaya bu qədər güvənmək hakimlərin vizual qərarvermə qabiliyyətini zəiflədir və oyunun təbii axarını pozur.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
