23 yanvar 2026
|85

Barselona qış transfer pəncərəsinin son günlərində bir neçə futbolçu ilə yollarını ayırmağa hazırlaşır. Mark Andre ter Ştegen artıq Girona klubuna keçib, Dro Fernandes isə Paris Sen Jermenə transfer üçün müraciət edib. La Masia məzunları arasında da ayrılıqlar davam edir.
Onlardan biri müdafiəçi Andres Kuencadır. Ronald Arauxonun müddətsiz fasiləsindən sonra əsas komandaya namizəd kimi göstərilsə də, Hansi Fliki inandıra bilməyib. Müqaviləsinin bitməsinə altı ay qaldığı üçün Kuencanın karyerasını başqa klubda davam etdirməsi gözlənilir.
İtaliyanın Como klubu Kuenca üçün ilk rəsmi təklifini göndərib. Təklifdə Barselonanın gələcək satışdan 25 faiz pay alması maddəsi yer alıb. Bu, katalon klubuna 18 yaşlı futbolçunun gələcək karyerası üzərində müəyyən nəzarəti saxlamaq imkanı verir.
Son illərdə Como klubuna keçən gənc ispan futbolçuların uğurlu çıxışları bu transferin Kuenca üçün də müsbət addım ola biləcəyini göstərir.
Barselona Atletikdən ayrılmağa yaxın olan digər müdafiəçi Mamadu Mbakedir. Klub rəhbərliyi onun əsas komandada şansının az olduğunu düşünür. Mbakenin ABŞ klublarından birinə transferi gündəmdədir. Bu keçidin baş tutacağı halda Barselonanın yenidən satış maddəsi əlavə edib-etməyəcəyi hələ dəqiq deyil.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
