7 yanvar 2026
|89

Sevilla klubu hazırda qeyri-müəyyən dövrdən keçir. Klubun 85 faiz səhminin satışı ilə bağlı danışıqlar davam edir və rəhbərlik bu paket üçün təxminən 500 milyon avro tələb edir.
Hazırda səhmlərin əsas hissəsi iki qrupun əlindədir. Keçmiş prezident Xose Mariya del Nido Benavente 45 faizə sahibdir. Digər 40 faiz isə Ales, Carron, Guijarro və Castro ailələri ilə A-Cab qrupuna məxsusdur. Klubun idarəsi hazırda Xose Mariya del Nido Karraskonun nəzarətindədir.
Diario AS-in məlumatına görə, hər səhm üçün qiymət 3 min 400 avro müəyyən edilib. Bu da ümumi olaraq 500 milyon avroya yaxın məbləğ deməkdir. Klub borcun 90 milyon avrodan az olduğunu bildirsə də, bu rəqəmlə bağlı şübhələr var.
Sevilla-nı almaq istəyən əsas namizədlərdən biri əvvəlcə ABŞ investisiya qrupu idi, lakin onlar danışıqlardan çəkilib. Hazırda yerli iş adamları Antonio Lappi və Federiko Kinteronun rəhbərlik etdiyi qrup əsas iddiaçı sayılır. Onlar əvvəlcə hər səhm üçün 3 min avro təklif etsələr də, yoxlamalardan sonra bu məbləği 2 min 500 avroya endiriblər. Bu isə təxminən 368 milyon avroluq təklif deməkdir.
Digər maraqlı tərəf isə Serxio Ramosdur. Klubun sabiq kapitanı Sevilla-nı almaqda maraqlıdır, lakin hələ rəsmi təklif verməyib. Hazırda azad agent olan 39 yaşlı Ramosun bu prosesdə nə qədər irəli gedəcəyi hələlik bəlli deyil.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
