11 yanvar 2026
|89

Paris Saint-Germain-in 18 yaşlı müdafiəçisi Noham Kamara bu ay klubdan ayrılmağa hazırlaşır. L’Équipe nəşrinin məlumatına görə, Liqa 1-in iki aparıcı klubu gənc futbolçunun transferi uğrunda mübarizə aparır.
Kamara mövsüm ərzində əsas komandanın heyətində yer alsa da, bu mövsüm Liqa 1-də forma şansı qazanmayıb. Ötən mövsüm iki oyunda meydana çıxan gənc müdafiəçi üçün bu durum ayrılığı qaçılmaz edib.
Hazırda Olympique Lyon ilə danışıqlar gedir. Maliyyə məhdudiyyətləri olan Lyon Kamara-nı satınalma opsiyonu ilə icarəyə götürmək istəyir. PSG isə mümkün razılaşmaya geri satınalma maddəsi əlavə etməyi planlaşdırır.
Lyon bu transferdə tək deyil. Gənc futbolçulara yatırım strategiyası ilə tanınan Strasbourg da Kamara ilə maraqlanır və onu uzunmüddətli layihəsinə cəlb etməyə çalışır.
Noham Kamara-nın PSG ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
