12 yanvar 2026
|107

OGC Nice futbolçuları Terem Moffi və Jérémie Boga noyabrın sonunda komanda avtobusuna edilən azarkeş hücumundan sonra meydanlara qayıtmayıb. L’Équipe nəşrinin məlumatına görə, hər iki futbolçu təhqir, tüpürmə və fiziki zorakılığa məruz qaldıqlarını bildirir və həmin vaxtdan xəstəlik məzuniyyətindədir.
Hadisədən sonra Moffi və Boga əsas komanda ilə məşqlərə qatıla bilməyib. İlkin olaraq qısa müddət üçün nəzərdə tutulan məzuniyyət bir neçə dəfə uzadılıb. Futbolçular eyni zamanda noyabrın 30-da baş verən insidentlə bağlı hücumda iştirak etdiyi iddia olunan şəxslərə qarşı hüquqi addımlar atıb.
Məlumata görə, hər iki oyunçu klubun təhlükəsizliklə bağlı lazımi tədbirləri görmədiyini əsas gətirərək müqavilələrinin ləğvi üçün liqaya müraciət edib. Bu məsələ ilə bağlı cümə axşamı Liqa 1-in məhkəmə komissiyasında iclas keçiriləcək.
Terem Moffi və Jérémie Boga-nın OGC Nice ilə müqavilələri 2027-ci ilin yayına qədər qüvvədədir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
