23 yanvar 2026
|85

Vasitəçilər West Ham United-in 30 yaşlı çex yarımmüdafiəçisi Tomas Souçəyi qış transfer pəncərəsində Beşiktaşa təklif ediblər. Fotospor-un məlumatına görə, İstanbul klubu son günlərdə bütün mövqelər üzrə oyunçu axtarışındadır və Souçek variantı gündəmdədir.
Tomas Souçek 2020-ci ildən West Ham-da çıxış edir. O, klubun heyətində 250-dən çox oyuna çıxıb, 44 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Premyer Liqada fiziki gücü və qol təhlükəsi ilə seçilir.
Beşiktaş yarımmüdafiəni gücləndirmək istəyir və Souçek münasib qiymətə təcrübəli seçim hesab olunur. Klubun West Ham-a rəsmi təklif verib-verməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
