Tottenham Oumar Solet-i transfer etmək uğrunda İDDİALIDIR

5 yanvar 2026

|

121

"Tottenham Oumar Solet-i transfer etmək uğrunda mübarizəyə qoşulur"
Tottenham Oumar Solet-i transfer etmək uğrunda  İDDİALIDIR

Tottenham Hotspur, Chelsea, Manchester United və Crystal Palace, Udinese klubundan 25 yaşlı fransız müdafiəçi Oumar Soletin transferi uğrunda rəqabət aparacaq.

Tottenhem qış transfer pəncərəsində Udinezenin 25 yaşlı mərkəz müdafiəçisi Umar Soleti heyətinə qatmaq istəyir. İngilis klubunun bu transferdə Chelsea, Mançester Yunayted və Kristal Pelas ilə rəqabət aparacağı bildirilir.

Fransalı müdafiəçi 2025-ci ilin yanvarında Udinezeyə keçdikdən sonra Serie A-da sabit oyunu ilə diqqət çəkib. O, qısa müddətdə komandanın əsas oyunçularından birinə çevrilib və indiyədək təxminən 50 oyunda meydana çıxaraq 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Solet bir neçə Premyer Liqa klubunun transfer siyahısındadır. Chelsea müdafiə xəttindəki problemlərə görə onu alternativ kimi görür. Kristal Pelas Mark Guehinin mümkün gedişinə hazırlaşır. Mançester Yunayted isə müdafiədə uzunmüddətli planlar qurur. Tottenhem isə Romero və van de Ven üçün rəqabəti artırmaq niyyətindədir.

Məlumata görə, Udineze futbolçunun icarə əsasında gedişinə açıqdır. Bu isə Soletin Premyer Liqaya transfer ehtimalını daha real edir.




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon