11 mart 2026
|69

Tottenhem UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Atletikoya 2:5 hesabı ilə məğlub olub.
Opta-nın məlumatına görə, bu nəticə London klubunun tarixində yeni antirekordun qeydə alınmasına səbəb olub.
Tottenhem tarixində ilk dəfə bütün yarışlar daxil olmaqla ardıcıl altı oyunda məğlub olub.
Bu seriyadan əvvəl komanda İngiltərə Premyer Liqasında ardıcıl 5 məğlubiyyət almışdı.
Uğursuz nəticələrdən sonra klub rəhbərliyi baş məşqçi Tomas Frankı vəzifəsindən uzaqlaşdırıb.
Onun yerinə xorvatiyalı mütəxəssis İqor Tudor baş məşqçi təyin edilib.
Qeyd edək ki, Atletiko ilə cavab oyunu martın 18-də Londonda keçiriləcək.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
