9 yanvar 2026
|153

Tottenham Hotspur Santos klubunun 19 yaşlı sol cinah müdafiəçisi Souza üçün təklifini yüksəldib. Sky Sports-un jurnalistləri Michael Bridge və Lyall Thomasın məlumatına görə, London klubu braziliyalı futbolçu üçün 13 milyon funt sterlinqlik yeni təklif göndərib.
Tottenham daha əvvəl 8 milyon funtluq təklifi ilə uğursuzluqla üzləşmişdi. Buna baxmayaraq, klub transferdən vaz keçməyib və yeni təklifdən sonra razılaşmanın baş tutacağına ümidlidir. Bildirilir ki, Souza da Tottenham-a keçməyə müsbət yanaşır.
2006-cı il təvəllüdlü Joao Victor de Souza Menezes 10 yaşından etibarən Santos akademiyasında yetişib və 2024-cü ilin fevralında əsas komandada debüt edib. Gənc müdafiəçi indiyədək Santos forması ilə təxminən 50 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Tottenham baş məşqçisi Thomas Frank qış transfer pəncərəsində sol cinah müdafiəçisi almaqda maraqlıdır. Destiny Udogienin qeyri-stabil forması və zədələrlə üzləşməsi bu mövqedə yeni transfer ehtiyacını artırır.
Avropa Liqasının son qalibi olan Tottenham yaxın həftələrdə Souza transferini yekunlaşdırmağa çalışacaq.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
