2 yanvar 2026
|99

West Ham United hücum xəttini gücləndirmək üçün Lazio ilə razılıq əldə edib. London klubu argentinalı hücumçu Valentin Castellanosu 29 milyon avro qarşılığında heyətinə qatmağa yaxındır.
Məşhur jurnalist Fabrizio Romanonun məlumatına görə, Lazio qış transfer pəncərəsində futbolçunun ayrılmasına icazə verib. 27 yaşlı hücumçu artıq West Ham-a keçməyə çox yaxındır və tibbi baxışdan sonra rəsmi müqavilə imzalaması gözlənilir.
Castellanos 2023-cü ildə New York City klubundan Lazioya transfer olunmuşdu. Bu mövsüm zədələr səbəbilə az şans qazanıb. O, 11 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Buna baxmayaraq, West Ham onun Premyer Liqa üçün uyğun olduğunu düşünür.
West Ham hücumda dəyişikliklərə hazırlaşır. Niclas Fullkrug komandadan ayrılıb, Callum Wilson isə karyerasının son mərhələsindədir. Bu səbəbdən Castellanos əsas hədəf seçilib. Argentinalı hücumçunun London klubuyla uzunmüddətli müqavilə imzalayacağı gözlənilir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
