19 dekabr 2025
|209

Bu həftə sonu La Liqanın ən maraqlı qarşılaşmalarından biri La Seramika stadionunda baş tutacaq. Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan Villarreal lider Barcelona-nı qəbul edəcək. Hər iki komanda yüksək formada olsa da, bazar günü bu seriyalardan biri mütləq sona çatacaq.
Barcelona ardıcıl 7, Villarreal isə ardıcıl 6 liqa qələbəsi ilə oyuna çıxır. Lakin “Sarı sualtı qayıq” üçün vəziyyət heç də ideal deyil.
Villarreal ötən həftə La Liqa matçı keçirməyib. Levante ilə oyun Valensiya bölgəsində elan edilən qırmızı hava xəbərdarlığı səbəbindən təxirə salınıb. Buna baxmayaraq, komanda həftə içi Kral Kubokunda ciddi zərbə alıb və Segunda təmsilçisi Real Racing Club de Santander-ə məğlub olaraq turnirlə vidalaşıb.
Bu məğlubiyyətlə yanaşı, Villarreal üçün əsas problem heyətlə bağlıdır. Marca nəşrinin məlumatına görə, baş məşqçi Marselino Qarsiya Toral Barcelona ilə oyunda 9 futbolçudan istifadə edə bilməyəcək.
Afrika Millətlər Kuboku (AFCON):
Pape Gueye
Illias Akhomach
Zədə səbəbilə:
Logan Costa
Willy Kambwala
Santiago Mouriño
Thomas Partey
Gerard Moreno
Juan Foyth
Sergi Cardona
Juan Foyth və Sergi Cardona Real Racing Club ilə kubok oyununda əzələ zədəsi alıblar. Marselino oyundan sonra onların vəziyyətini təsdiqləyib. Zədənin müddəti hələ dəqiq bilinməsə də, hər iki futbolçunun Barcelona-ya qarşı oynamayacağı artıq dəqiqdir.
Bu qədər itki xüsusilə müdafiə xəttində Villarreal-ı demək olar ki, seçimsiz vəziyyətə salıb.
Mouriño, Foyth, Costa, Kambwala və Cardona-nın olmaması səbəbindən Marselino məcburi dəyişikliklərə gedəcək.
Gözlənilən müdafiə xətti:
Sağ cinah müdafiəsi: Pau Navarro (Adri Altimara-ya üstünlük verilir)
Mərkəz müdafiəsi: Rafa Marin – Renato Veiga
Sol cinah müdafiəsi: Alfonso Pedraza
Bu adlardan başqa, Villarreal-ın Barcelona matçı üçün başqa təcrübəli müdafiəçi seçimi qalmayıb.
La Seramika-da qələbə qazandığı halda Villarreal lider Barcelona ilə xal fərqini 5-ə endirə bilər. Üstəlik, “Sarı sualtı qayıq”ın ehtiyatda iki oyunu da var. Lakin mövcud heyət problemləri fonunda bu məqsədə çatmaq son dərəcə çətin görünür.
Barcelona isə zəifləmiş müdafiəyə qarşı seriyasını davam etdirmək və liderliyini daha da möhkəmləndirmək üçün meydançaya çıxacaq.
Bazar günü La Ceramika-da həm zirvə uğrunda mübarizə, həm də mövsümün taleyinə təsir edə biləcək bir 90 dəqiqə futbol azarkeşlərini gözləyir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
