12 fevral 2026
|69

“Liverpul”un baş məşqçisi Arne Slot “Sanderlend”lə oyunda (1:0) zədələnən Vataru Endonun durumu barədə danışıb.
Mütəxəssis bildirib ki, 33 yaşlı müdafiəçi topuq nahiyəsindən ciddi zədə alıb. Onun sözlərinə görə, vəziyyət ağır görünür, lakin zədənin dəqiq dərəcəsi tibbi müayinədən sonra bəlli olacaq.
Slot əlavə edib ki, Endonun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı ehtimalı var.
Qeyd edək ki, “Liverpul”da eyni mövqedə çıxış edən Konor Bredli və Ceremi Frimponq da zədəlidir. Endo son olaraq Çempionlar Liqasında “Qarabağ”la oyunda Frimponqun zədələnməsindən sonra meydana daxil olmuşdu.
Yapon futbolçu cari mövsüm 13 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
