15 yanvar 2026
|111

Werder Bremen-in idman direktoru Klemens Frits yanvar transfer pəncərəsində klub daxilində yol verilən ciddi səhvi etiraf edib. Deichstube portalına açıqlama verən Frits klubun icarə transferləri ilə bağlı qaydaları səhv başa düşdüyünü bildirib.
Werder rəhbərliyi əvvəlcə hesab edirdi ki, klub artıq 6 futbolçunu icarə əsasında heyətində saxladığı üçün yeni icarə transferi edə bilməz. Arsenal-dan Karl Hein, Leeds-dən Maksimilian Vöber və İsaak Şmidt, Southampton-dan Yukinari Suqavara, Al-Qadsiah-dan Kameron Puertas və Bayer Leverkusen-dən Viktor Bonifas bu yanlış qənaətə səbəb olub.
Lakin transfermarkt.de məsələni gündəmə gətirərək Werder rəhbərliyini düzəldib. DFL və FIFA qaydalarına görə, Bundesliqa klubları eyni anda Bundesliqa daxilindən maksimum 6, ümumilikdə isə 12 futbolçunu icarəyə götürə bilər. Werder-in Bundesliqa klublarından yalnız Bonifas-ı icarəyə götürməsi yeni transferlərə imkan verirdi.
Frits səhvin məsuliyyətini üzərinə götürdüyünü bildirib və bunun daxili kommunikasiya çatışmazlığından qaynaqlandığını deyib. O, məsələ aydınlaşdıqdan sonra DFL ilə əlaqə saxladıqlarını və əlavə icarə transferlərinin mümkün olduğunu təsdiqlədiklərini açıqlayıb.
Bu səhvdən əlavə, Werder Bremen hücumçu icarələrində uzun müddətdir uğursuzluq yaşayır. Viktor Bonifas, Andre Silva, Rafael Santos Borre və Maksimilian Filipp kimi futbolçular klubda gözləntiləri doğrultmayıb. Klub ümidini yeni transfer Jovan Miloşeviçə bağlayıb, lakin o da Dortmund-a qarşı oyunda cəmi 21 dəqiqə oynayıb.
Werder eyni zamanda Naby Keita ilə də yolları ayırıb. Gvineyalı yarımmüdafiəçi Ferencvaroş-dan qayıtsa da, klubda qalması mümkün olmayıb. Müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib və Keita yenidən Macarıstan klubuna azad agent kimi keçib.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
