12 yanvar 2026
|111

VfL Wolfsburg-un Bayern Münhenə qarşı səfərdə 8-1 hesablı məğlubiyyəti klub və Bundesliqa tarixi üçün son dərəcə biabırçı nəticə kimi qeydə alınıb. Bu məğlubiyyət Wolfsburg-un Bundesliqadakı ən ağır yenilgisi olub.
Oyunda Kilian Fischer və Moritz Jenz-in avtoqolları Wolfsburg üçün vəziyyəti daha da ağırlaşdırıb. Komanda bu mövsüm artıq dörd avtoqol vurub ki, bu da klub tarixində rekord göstəricidir. Üstəlik, son üç turda hər oyunda avtoqol qeydə alınıb.
14-cü turda Borussia Mönchengladbach-a qarşı oyunda Konstantinos Koulierakis, 15-ci turda Freiburg-la matçda Jenson Seelt avtoqol vurmuşdu. 16-cı turda isə Fischer və Jenz bu mənfi seriyanı davam etdirib. Bundesliqa tarixində ilk dəfə bir komanda üç ardıcıl oyunda ümumilikdə dörd avtoqol vurub.
Yeni idman direktoru Pirmin Şvegler və baş məşqçi Daniel Bauer oyundan sonra azarkeşlərdən üzr istəyib. Kilian Fischer isə məğlubiyyəti utancverici adlandıraraq növbəti oyunda St. Pauli-yə qarşı dərhal toparlanmalı olduqlarını bildirib.
Pirmin Şvegler bu cür müdafiə ilə Bundesliqada qalmağın mümkünsüz olduğunu deyib. Daniel Bauer isə futbolçuları tənqid etmək istəmədiyini, əsas məqsədinin çətin hava şəraitində komandaya dəstək olan azarkeşlərdən üzr istəmək olduğunu vurğulayıb.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
