9 yanvar 2026
|107

Wolverhampton Wanderers 18 yaşlı hücumçu Mateus Mane üçün qış transfer pəncərəsində gələn təklifləri dəyərləndirməyi düşünmür. TEAMtalk-ın məlumatına görə, Arsenal, Chelsea, Liverpool və Manchester United gənc futbolçunun durumunu yaxından izləyir və mümkün transferlə bağlı sorğular göndərib.
Mateus Mane Wolves-un uğursuz keçən mövsümündə azsaylı müsbət məqamlardan biri olub. Portuqaliyada anadan olan futbolçu karyerasına burada başlasa da, 2016-cı ildə İngiltərəyə köçüb və sonradan Wolverhampton akademiyasına qoşulub. O, əsas komandada ilk oyunlarına 2024/25 mövsümünün sonuna yaxın çıxıb.
18 yaşlı hücumçu Premyer Liqada cəmi 447 dəqiqə meydanda olsa da, artıq 2 qol və 2 assistlə diqqət çəkib. Bu göstəricilər onun İngiltərənin aparıcı klublarının maraq dairəsinə düşməsinə səbəb olub.
Arsenal, Chelsea və Manchester United hücum xəttində uzunmüddətli perspektiv üçün gənc variantlar axtarır. Liverpool isə futbolçunun çoxmövqeli olması səbəbindən onu potensial seçim kimi dəyərləndirir.
Buna baxmayaraq, Wolves rəhbərliyi Mateus Maneni mövsümün ortasında satmaq niyyətində deyil. Gənc futbolçu ilə bağlı transfer mövzusu yayda yenidən gündəmə gələ bilər.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
