[Günün Oyunu] İspaniya – Avstriya: Statistika və proqnoz

2 iyul 2026

|

9

Qrup mərhələsində qapısını toxunulmaz saxlayan İspaniya, Ralf Ranqnikin pressinqə əsaslanan Avstriyasına qarşı. Kaliforniyadakı böyük pley-off döyüşünün analizi.
[Günün Oyunu] İspaniya – Avstriya: Statistika və proqnoz

Dünya Çempionatının 1/8 final mərhələsində İndlvuddakı möhtəşəm "SoFi Stadium" Avropa nəhənglərinin duelinə ev sahibliyi edəcək. Qrup mərhələsini 7 xalla lider tamamlayan İspaniya, Ralf Ranqnikin rəhbərliyi altında sürətli və aqressiv futbol nümayiş etdirən Avstriya ilə növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.

İspanya: Keçilməz müdafiə divarı və hücum potensialı

Luis de la Fuentenin komandası qrup mərhələsini məğlubiyyətsiz tamamlasa da, oyunları tam hamar keçmədi. Səudiyyə Ərəbistanını rəqibsiz oyunda 4-0 məğlub edən "Furiya Roxa", Kabo-Verde və Uruqvayın sıx müdafiə sədlərini yarmaqda çətinlik çəkdi.

Komandanın ən böyük üstünlüyü müdafiə xəttidir. İspaniya qrup mərhələsində qapısından bir qol belə buraxmayan iki komandadan biridir. Hücumda isə Lamine Yamal hər oyunda aktivliyini artırır, lakin son matçda zədələnən Niko Uilyams və Yeremi Pinonun iştirakı hələ də sual altındadır.

Avstriya: Hücumda kəsərli, müdafiədə dağınıq

Avstriya turnirə İordaniya üzərindəki 3-1 hesablı qələbə ilə başlayaraq pley-offun təməlini qoydu. Argentinaya məğlubiyyətdən (0-2) sonra Əlcəzairlə dramatik 3-3 bərabərliyə imza atan Ranqnikin komandası hücumda çoxşaxəlidir. Marko Arnautoviç yenidən formadadır, Konrad Laymer isə universal keyfiyyətləri ilə meydanın hər yerində faydalı olur.

Lakin avstriyalıların əsas problemi müdafiədədir. Qrup oyunlarının hər birində qol buraxan komanda rəqiblərinə çox geniş sahələr verir ki, İspaniya kimi komanda bu səhvləri bağışlamayacaq.

Matç faktları və künc zərbəsi statistikası

  • İspaniya qrup mərhələsində qol buraxmayan yeganə komandalardan biridir.

  • Avstriyanın bu Dünya Çempionatındakı bütün oyunlarında künc zərbələrinin ümumi sayı 7-ni keçməyib.

  • İki komanda arasındakı son 8 görüşün 6-da 2.5 üst qeydə alınıb və qarşılıqlı qollar vurulub.


Proqnoz:
Avstriya intensiv pressinqlə İspaniyanı çətinə salmağa çalışacaq,

lakin müdafiə xətləri arasındakı boşluqlar onların sonunu gətirə bilər.

İspaniyanın topa nəzarəti və heyət keyfiyyəti əsas vaxtda qələbə üçün kifayət edəcək.

Ən ideal kombinasiya mərci: 

İspaniya Qələbə Çalacaq & Toplam Qol 1.5 Üst 




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon